20 fevral 2025. Cümə axşamı

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 6 medal qazanıblar


  • Offside
  • 10:21 16.02.2025
  • Oxunma sayı: 65
Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 6 medal qazanıblar

Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.

90deqiqe.Az-ın məlumatına görə, idmançılar ilk gündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc mükafat əldə edib.

55 kq-da final görüşündə Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.

60 kq-da mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

66 kq-da Əli Hümbətov bürünc medal qazanıb.







Offside