- Offside
- 22:45 20.02.2025
“Böyük Dəbilqə”nin 24 qat qalibi serb tennisçi Novak Cokoviç ATP lideri italiyalı Yannik Sinnerin dopinqə görə 3 aylıq diskvalifikasiyası barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, “Doha News" təcrübəli tennisçinin dediklərini belə çatdırıb.
“Əgər yaxşı oyunçusansa və ən yaxşı vəkillərə çıxışın varsa, nəticəyə təsir edə bilərsən. Sinner və Sviontekin günahsız olduğu sübuta yetirildi. Bu işlər çox diqqət çəkdi və bu, əlbəttə ki, idmanımızın maraqlarına uyğun deyil. Mən paltardəyişmə otağında bir çox oyunçu ilə danışdım, nəinki son bir neçə aydır, amma işin gedişatı necədir.
Bu, ziddiyyətlidir və qərar çox ədalətsiz görünür. Bu barədə deyə biləcəyim bütün bunlardır. Sistemlə həqiqətən məşğul olmağın vaxtıdı.Bu strukturun düzgün işləmədiyi aydındır".