21 fevral 2025. Cümə

Messinin komandasının oyunu təxirə salınıb


  • Offside
  • 23:47 17.02.2025
  • Oxunma sayı: 51
Messinin komandasının oyunu təxirə salınıb

KONKAKAF Çempionlar Kuboku çərçivəsində "Sportinq Kanzas Siti" - "İnter Mayami" matçı təxirə salınıb.

90deqiqe.Az-ın məlumatına görə, komandalar Bakı vaxtı ilə çərşənbə axşamından çərşənbəyə keçən gecə oynamalı idi. Lakin həftənin əvvəlində matçın keçirələcəyi yerdə əlverişsiz hava şəraiti - qar yağacağı və temperaturun aşağı düşəcəyi gözlənilir. Bu səbəbdən futbolçuların və azarkeşlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə matç fevralın 20-nə keçirilib, Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

"İnter Mayami"də ulduz hücumçu Lionel Messi çıxış edir. Daha əvvəl "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Messinin soyuqlara baxmayaraq qarşıdakı matçda iştirak edəcəyini bildirmişdi.







Offside