15 mart 2025. Şənbə

Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir


  • Offside
  • 15:53 18.02.2025
  • Oxunma sayı: 99
Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirinin ardınca paytaxtda beynəlxalq təlim-məşq toplanışı start götürüb.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan toplanışda 14 ölkədən 100-dən çox cüdoçu iştirak edir.

Hazırlıq prosesinə Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycan idmançıları qatılıblar.

Fevralın 21-dək davam edəcək toplanış cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.







Offside

 Luis Suares qollarına davam edir
  • Offside
  • 11:00 14.03.2025
Luis Suares qollarına davam edir