- Offside
- 22:45 20.02.2025
Braziliyalı ulduz hücumçu Neymar "Santos"la 6 aylıq müqavilə imzalaması ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "Goal" təcrübəli forvardın dediklərini belə çatdırıb.
“Tələsməyək. "Santos" mənə futbola qayıtmağım və xoşbəxt olmağım üçün qapılarını açdı. Bu aylarda necə qayıdacağımı, özümü necə hiss edəcəyimi bilmədiyim üçün uzunmüddətli müqavilə imzalamadım. Hər şey ola bilər. Mən 100 faizimi verəcəm.. Hələki sakit qalaq və oyunlardan həzz almağa çalışaq”
Xatırladaq ki, Neymar “Santos”a qayıtmazdan əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə əmək müqaviləsinə xitam vermişdi.