- Offside
- 22:45 20.02.2025
"Give Me Sport" portalı bu dəfə sağ cinah müdafiəçisi mövqeyində çıxış edən tarixin ən yaxşı futbolçularının reytinqi tərtib edib.
90deqiqe.Az xəbər verir ki, reytinqdə birinci yeri əsasən "Milan"dakı çıxışı ilə tanınan Kafu tutur. İkinci yerdə daha bir braziliyalı, “Barselona”nın sabiq futbolçusu Dani Alveş qərarlaşıb. İlk üçlüyü “Bavariya”nın keçmiş futbolçusu Filip Lam tamamlayıb.
İlk 10-luğa daha sonra Karlos Alberto, Xavyer Zanetti, Lilian Thuram, Qari Nevill, Djalma Santos, Cüzeppe Berqomi və Canluka Zambrotta daxildir.