- Offside
- 23:26 21.02.2025
KONKAKAF Çempionlar Liqasında "İnter Mayami" - "Kanzas Siti" matçını idarə edən futbol hakimi Marko Ortis cəzalandırılıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "ESPN" məlumat yayıb.
Görüş başa çatdıqdan sonra hakim ulduz hücumçu Lionel Messidən avtoqraf alıb. Bu əmələ görə hakimə qarşı intizam tədbirləri görülüb. Hesabatda Ortisin davranışının konfederasiya matçları zamanı məmurların davranış qaydalarına uyğun olmadığı bildirilib.
Xatırladaq ki, görüş "İnter Mayami"nin 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu ikinci hissənin əvvəlində rəqib qapısına vuran Messi vurub.