22 fevral 2025. Şənbə

Bakıda güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursu keçirilir


  • Offside
  • 18:55 21.02.2025
  • Oxunma sayı: 41
Bakıda güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursu keçirilir

Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə beynəlxalq hakimlik kursu keçirilir.

90deqiqe.Az-ın məlumatına görə, fevralın 23-dək davam edəcək kursun əsas məqsədi bu sahədə peşəkar hakimlərin yetişdirilməsi, onların bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Fevralın 27-dən martın 2-dək isə stend atıcılığı üzrə hakimlik kursu təşkil olunacaq. Təlimlər zamanı qarşıdan gələn Olimpiya tsiklində tətbiq olunacaq yeni qaydalar, yarışların reqlamentindəki dəyişikliklər və hakimliyin cari məsələləri müzakirə ediləcək.







Offside