- Offside
- 23:26 21.02.2025
Bakıda bilyardın sərbəst piramida növü üzrə Azərbaycan çempionatı keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Bilyard Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşacaq yarışa sabah start veriləcək.
Turnir 50-80 top formatında keçiriləcək. İdmançılar sərbəst piramida qaydalarına uyğun güclərini sınayacaqlar. Uğurlu çıxış edənlər finala vəsiqə qazanacaqlar.
Çempion olan idmançı Azərbaycanı beynəlxalq arenada təmsil edəcək.
Qeyd edək ki, ölkə çempionatına fevralın 24-də yekun vurulacaq.