22 fevral 2025. Şənbə

Bolqarıstan Prezidentinin məsləhətçisi Azərbaycan atletlərinin uğurlarına diqqət çəkib


  • Offside
  • 22:03 21.02.2025
  • Oxunma sayı: 45
Bolqarıstan Prezidentinin məsləhətçisi Azərbaycan atletlərinin uğurlarına diqqət çəkib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Bolqarıstan Prezidentinin gənclər və idman məsələləri üzrə məsləhətçisi Georgi Aleksandrovla görüşüb.

90deqiqe.Az-ın məlumatına görə, görüş zamanı iki ölkənin ağırlıqqaldırma idmanı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

F.Umudov ölkəmizdə bu idman növünün inkişafı üçün dövlət səviyyəsində hər cür dəstəyin göstərildiyini qeyd edib. O bildirib ki, beynəlxalq əlaqələrin qurulması ağırlıqqaldırma idmanının tərəqqisi istiqamətində atılan ən vacib addımlardan biridir.

G.Aleksandrov da öz növbəsində Azərbaycan atletlərinin son yarışlarda qazandıqları uğurlara diqqət çəkib. Qonaq gələcəkdə hər iki ölkənin yığma komandalarının birgə təlim-məşq toplanışının keçirilməsi arzusunda olduqlarını diqqətə çatdırıb.

Görüş zamanı digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.







Offside