- Offside
- 19:51 22.02.2025
Minifutbol üzrə Azərbaycan çempionatında finalçıların adına aydınlıq gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Bakı Tennis Akademiyasında baş tutan yarımfinalda "Zirə" "Aznur"la qarşılaşıb və rəqibini 4:0 (ilk matç - 2:0) hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.
"Birbaşa" isə "Qalaksi"yə 3:0 (ilk matç - 2:1) hesabı ilə qalib gələrək həlledici mərhələdə "Zirə"nin rəqibi olub.
Qeyd edək ki, "Zirə" və "Birbaşa" komandaları arasında final görüşü martın 11-də keçiriləcək.