15 mart 2025. Şənbə

Messi MLS matçında hakimin üstünə qışqırdıqdan sonra sarı vərəqə alıb - FOTOLAR


  • Offside
  • 15:59 23.02.2025
  • Oxunma sayı: 65
Messi MLS matçında hakimin üstünə qışqırdıqdan sonra sarı vərəqə alıb - FOTOLAR

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in ilk turunda "Nyu-York Siti" ilə keçirilən oyunun (2:2) hakimi ilə hədsiz emosional danışdığına görə sarı vərəqə alıb.

90deqiqe.Az xəbər verir ki, 37 yaşlı futbolçuya xəbərdarlıq edildikdən sonra o, hakimə qışqırmağa davam edib.

Oyunun 23-cü dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Tomas Aviles qırmızı vərəqə alıb.

Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.







Offside

 Luis Suares qollarına davam edir
  • Offside
  • 11:00 14.03.2025
Luis Suares qollarına davam edir