23 fevral 2025. Bazar günü

Ramos yeni klubunda debüt etdi


  • Offside
  • 16:15 23.02.2025
  • Oxunma sayı: 34
Ramos yeni klubunda debüt etdi

İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Serxio Ramos Meksikanın "Monterrey" klubunda debüt edib.

90deqiqe.Az xəbər verir ki, 38 yaşlı müdafiəçi meydana start heyətində daxil olub və 80-ci dəqiqədə əvəzlənib. Onun komandası "Atletiko San Luis"i 3:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Ramos Monterrey ilə fevralın əvvəlində müqavilə imzalamışdı, müqavilə 2025-ci il dekabrın 31-dək qüvvədə olacaq. Ramos karyerasının böyük hissəsini Real Madriddə keçirib. O, Los Blancos üçün 671 oyun keçirib, 101 qol vurub və 40 məhsuldar ötürmə edib. Müdafiəçi İspaniya millisində də 180 oyun keçirib.







Offside

Ramos yeni klubunda debüt etdi
  • Offside
  • 16:15 23.02.2025
Ramos yeni klubunda debüt etdi