24 fevral 2025. Bazar ertəsi

Neymar künc zərbəsindən fantastik qol vurdu - VİDEO


  • Offside
  • 12:49 24.02.2025
  • Oxunma sayı: 33
Neymar künc zərbəsindən fantastik qol vurdu - VİDEO

Ötən gecə Braziliyada "Santos" - "İnter Limeyra" matçı keçirilib və “ağ-qaralar” 3:0 hesablı inamlı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, "Santos"un qollarından birinə ulduz hücumçu Neymar imza atıb. 33 yaşlı futbolçu küncdən birbaşa zərbə ilə fərqlənib.

Hücumçu son matçda qoldan əlavə iki məhsuldar ötürmə edib. Neymar bu qış "Santos"a qayıdıb və iyunun sonuna qədər müqavilə imzalayıb. Bu mövsüm forvard Braziliya yığmasında altı oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib.







Offside

Ramos yeni klubunda debüt etdi
  • Offside
  • 16:15 23.02.2025
Ramos yeni klubunda debüt etdi