24 fevral 2025. Bazar ertəsi

Azərbaycan Elektron İdman Növləri Federasiyasına yeni prezident seçilib


  • Offside
  • 16:15 24.02.2025
  • Oxunma sayı: 32
Azərbaycan Elektron İdman Növləri Federasiyasına yeni prezident seçilib

Gənclər və İdman Nazirliyində Azərbaycan Elektron İdman Növləri Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Nazirliyin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarına görülən işlər barədə məlumat verib.

Federasiya prezidenti Adil Mahmudov isə tarixi gənc olan idman növü üzrə keçirilmiş yarışlar haqqında danışıb. Bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib.

Sonra Azərbaycan Elektron İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinə yeni seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Oqtay Qasımzadə federasiyanın prezidenti, Siyavuş Hüseynov vitse-prezidenti, Hadı Rəcəbli, Ramin Əliyev və Məmməd Əlizadə İdarə Heyətinin üzvləri seçiliblər.

Daha sonra Nəzarət Təftiş Komitəsinə seçkilər keçirilib. Ənvər Hüseynov sədr, Fərid Azayev və Adil Mahmudov isə üzv seçiliblər.







Offside

Ramos yeni klubunda debüt etdi
  • Offside
  • 16:15 23.02.2025
Ramos yeni klubunda debüt etdi