24 fevral 2025. Bazar ertəsi

Naxçıvanda gimnastlar üçün ustad dərsi keçilib


  • Offside
  • 17:12 24.02.2025
  • Oxunma sayı: 25
Naxçıvanda gimnastlar üçün ustad dərsi keçilib

Fevralın 24-ü İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçiləri tərəfindən muxtar respublika gimnastları və onların valideynləri üçün gimnastika hamı üçün idman növündə ustad dərsi keçilib.

90deqiqe.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə 80-ə yaxın gimnast, eləcə də məşqçi və valideynlər iştirak ediblər.

AGF-nin gimnastika hamı üçün üzrə baş məşqçi Ruslan Eyvazov, məşqçilər Abid Aslanov, Rəna Manafova, Ləman Zeynalzadə və digələrindən ibarət 8 nəfərlik heyəti ustad dərsinin iştirakçıları ilə öz təcrübələrini bölüşüb. Dərs isinmə hərəkətləri ilə başlayıb, ardınca rəqslər, fləşmob və akrobatik hərəkətlər icra olunub.

Qeyd edək ki, bu növdə ustad dərsi Naxçıvanda artıq ikinci dəfədir (birincisi 2023-cü ildə) təşkil olunur. Məqsəd adıçəkilən idman növünə marağı artırmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltmək və gələcək yarışlar öncəsi motivasiya etmək olub.







Offside

Ramos yeni klubunda debüt etdi
  • Offside
  • 16:15 23.02.2025
Ramos yeni klubunda debüt etdi