26 fevral 2025. Çərşənbə

Naxçıvanda şahmat üzrə rapid turniri keçirilib


  • Offside
  • 20:37 25.02.2025
  • Oxunma sayı: 40
Naxçıvanda şahmat üzrə rapid turniri keçirilib

Naxçıvanda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şahmat üzrə rapid turniri keçirilib.

90deqiqe.Az xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində baş tutan yarışda muxtar respublikanın bütün şəhər və rayonlarından ümumilikdə 114 zəka ustası iştirak edib.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinim şöbə müdiri Taleh İbrahimov yarışın əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıb. Turnirin reqlamenti barədə məlumat iştirakçıların diqqətinə çatdırıldıqdan sonra mübarizəyə start verilib.

Nəticələrə gəlincə, kişilər arasında Ramal Həsənov, qadınların mübarizəsində Ayla Zamanlı qızıl medal qazanıblar. Mirsaleh Seyidli və Xanım Rzayeva ikinci, Bahəddin Hətəmovla Sara Rzayeva isə üçüncü olublar.

İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.







Offside

MOİK və “Neftçi” uduzdu
  • Offside
  • 20:39 25.02.2025
MOİK və “Neftçi” uduzdu