- Offside
- 23:23 25.02.2025
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci turunda “Əl-Vəhda” ilə matçda fərqlənib.
90deqiqe.Az-ın məlumatına görə, ulduz futbolçunun sözügedən matçda vurduğu qol karyerasında 925-ci qolu olub.
Portuqaliyalı futbolçu matçın 48-ci dəqiqəsində fərqlənib.
Ronaldo karyerası ərzində klub səviyyəsində 790, Portuqaliya millisində isə 135 qol vurub.
Bu mövsüm 40 yaşlı hücumçu bütün turnirlərdə 29 oyuna çıxıb, 25 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.