- Offside
- 20:00 23.03.2026
Azərbaycan şahmatçısı Eltac Səfərli İndoneziyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az -a bildiriblər ki, təmsilçimiz 11 turdan ibarət dairəvi sistemlə keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb.
Son turdakı qələbədən sonra Eltac xalını 8,5-ə çatdırmaqla birinci pilləni təmin edib.