- Offside
- 23:23 26.02.2025
Azərbaycan Karate Federasiyasının (AKF) "Daun xəstəlik deyil, fərqlilikdir" adlı layihəsi baş tutacaq.
AKF-nin mətbuat xidmətindən 90deqiqe.Az -a verilən məlumata görə, tədbir fevralın 27-də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində təşkil olunacaq.
Layihənin əsas məqsədi daun sindromlu şəxslərin cəmiyyətə və idman ictimaiyyətinə (karateyə) inteqrasiyası, parakarateyə cəlb edilməsidir.