- Offside
- 23:23 26.02.2025
Braziliya millisinin sabiq futbolçusu Ronaldo hansı futbolçuları tarixin ən yaxşısı hesab etdiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “ESPN” əfsanəvi sabiq oyunçunun dediklərini belə çatdırıb.
“Pele bir nömrədir, buna şübhə yoxdur. İkinci yeri Messi və Maradona bölüşürlər. Daha sonra Ziko, Romario, Kriştiano Ronaldo, van Basten, Zidan, Fiqu, Rivaldo, Ronaldinyo... Bütün oyunçular. Bu siyahıda çoxlu ulduzlar var. Hər dəfə bu suala cavab verəndə müxtəlif siyahılar düzəldirəm.Yalnız ilk üç yer həmişə eynidir".
Ronaldonun tarixin ən yaxşı futbolçusu hesab etdiyi Pele 29 dekabr 2022-ci ildə vəfat edib. O, üçqat dünya çempionudur.