15 mart 2025. Şənbə

"Mənim üçün yalnız bir kral var"


  • Offside
  • 22:55 26.02.2025
  • Oxunma sayı: 78
"Mənim üçün yalnız bir kral var"

"Santos"un hücumçusu Neymar fanatların "kral olmaq istəməyən şahzadə" olması ilə bağlı iddialarına cavab verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə braziliyalı forvard "TheGrefg" YouTube kanalına müsahibəsində deyib.

“Bu, padşah olmaq istəmədiyim üçün deyil. Sadəcə, mənim üçün yalnız bir kral var, o da Peledir. Karyeramda mənə çox baha başa gələn zədələrim olub. Bu o deməkdir ki, Allah belə olmasını istəyirdi. Kədərlənməyə heç bir səbəbim yoxdur. Hekayəmdən və həyatımdan razıyam.Mən demək olar ki, arzuladığım hər şeyə nail oldum" 

Xatırladaq ki, Neymar bu qış "Santos"a qayıtmışdı. Futbolçunun müqaviləsi qısamüddətlidir - 2025-ci ilin ortalarına qədərdir.







Offside

 Luis Suares qollarına davam edir
  • Offside
  • 11:00 14.03.2025
Luis Suares qollarına davam edir