- Offside
- 14:52 19.04.2025
Dünyanın bir nömrəli italyan tennisçisi Yannik Sinner antidopinq qaydalarını pozduğuna görə cəzalı olduğu müddətdə Monakonun paytaxtı Monte Karlodakı tennis klubunda məşq edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Sinner gələn həftədən məşqlərə başlayacaq. Onu fitnes üzrə məşqçi Marko Paniçi və fizioterapevt Ulises Badio müşayiət edəcək.
Aprelin 5-dən 13-dək bu klubun kortlarında gil kort Masters yarışları keçiriləcək. Göstərilən tarixlərdə Sinner bu məkanda məşq edə bilməyəcək. Monte Karlodakı klub özəldir, ona görə də italiyalının orada məşq etmək hüququ var.
Xatırladaq ki, Yannikin diskvalifikasiya müddəti mayın 4-də başa çatacaq.