15 mart 2025. Şənbə

İtaliyalı tennisçi dopinq qalmaqalına görə ilin idmançısı nominasiyasından kənarlaşdırılıb


  • Offside
  • 22:14 27.02.2025
  • Oxunma sayı: 66
İtaliyalı tennisçi dopinq qalmaqalına görə ilin idmançısı nominasiyasından kənarlaşdırılıb

Üçqat Böyük Dəbilqə çempionu və dünyanın bir nömrəli italiyalı tennisçisi Yannik Sinnerin Laureus Akademiyasının İlin İdmançısı tituluna namizədliyi geri götürülüb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Təşkilatın sədri Sean Fitzpatrik məlumat verib.

“Laureus Akademiyasında aparılan müzakirələrdən sonra qərara alınıb ki, Yannik Sinnerin builki Laureus Dünya Mükafatına namizədliyi geri götürülsün. Biz bu işi, müvafiq beynəlxalq təşkilatların qərarlarını izləyirik və yüngülləşdirici halları qeyd etsək də, hələ də hesab edirik ki, üç aylıq qadağa namizədliyi etibarsız edir".

Xatırladaq ki, mükafatın əsasnaməsinə əsasən, Laureus nominasiyalarının qısa siyahıları 70-dən çox ölkədən 1000-dən çox idman mediası tərəfindən səsvermə yolu ilə formalaşır. Laureus Dünya İdman Akademiyası daha sonra bu qısa siyahıların qaliblərini seçir. Sinner 2024-cü ilin sonuna qədər bu qısa siyahılara daxil edilib.

Keçən il "Laureus World Sports Awards"da İlin İdmançısı 24 qat Böyük Dəbilqə çempionu serbiyalı Novak Cokoviç olub.

2025-ci il "Laureus World Sports Awards üçün nominasiyalar martın 3-də elan olunacaq.







Offside

 Luis Suares qollarına davam edir
  • Offside
  • 11:00 14.03.2025
Luis Suares qollarına davam edir