14 dekabr 2025. Bazar günü

Azərbaycan idmançıları dünya çempionatında 4 medal qazanıblar


  • Offside
  • 11:02 28.02.2025
  • Oxunma sayı: 166
Azərbaycan idmançıları dünya çempionatında 4 medal qazanıblar

Koreş idman növü üzrə Azərbaycan millisinin üzvləri Hindistanın paytaxtı Dehli şəhərində keçirilən dünya çempionatında uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, kişilər arasında Eyvaz Baxşiyev (60 kiloqram), Hacalı Qasımov (74 kiloqram) və Abdulla Abdullayev (82 kiloqram) bürünc medal qazanıblar.

Qadınların mübarizəsində isə Şəhanə Alməmmədova (70 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.







Offside