- Offside
- 00:18 01.03.2025
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi həyatından danışıb.
90deqiqe.Az xəbər verir ki, “AppleMusic” ulduz oyunçunun dediklərini belə çatdırıb.
“Mən həmişə özüm kimi qalıram, indi də. Evə gələndə ata kimi yaşayıram, ailəmlə, uşaqlarımla vaxt keçirirəm. Mənim həyatım çox sadədir.Məncə, bu həmişə yaşamaq üçün ən yaxşı yoldur".
Lionel Messi 2023-cü ilin ortalarından "İnter Mayami"də çıxış edir. Ulduz forvardın MLS klubu ilə hazırkı müqaviləsi 2025-ci il mövsümünün sonuna qədərdir. Son zamanlar Messinin "Barselona"ya qayıdacağı ilə bağlı şayiələr mətbuata sızmaqdadır.