2 fevral 2026. Bazar ertəsi

Messi "İnter Mayami"yə niyə keçdiyini açıqlayıb


  • Offside
  • 00:09 01.03.2025
  • Oxunma sayı: 147
Messi "İnter Mayami"yə niyə keçdiyini açıqlayıb

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi bu kluba keçidi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, “AppleMusic” argentinalı oyunçunun dediklərini belə çatdırıb.

“Mən həmişə MLS-də yeni bir fəsil sınamağı düşünürdüm. Mən həmişə bu keçidi arzulamışam. "İnter Mayami" məni cəlb etdi, çünki klub böyüyür və inkişaf edir. Mən klubun böyüməsinə kömək etmək və MLS-ə qlobal brend kimi daha çox güc vermək üçün buraya gəlmək istəyirdim”.

2023-cü ilin yayından Lionel Messi MLS-də çıxış edən "İnter Mayami"nin şərəfini qoruyur.

Ümumilikdə, Lionel Messi “İnter Mayami”nin heyətində 42 oyun keçirib, 36 qol vurub və komanda yoldaşlarına 20 məhsuldar ötürmə edib.







Offside