- Offside
- 00:18 01.03.2025
"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi hədəfini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “AppleMusic” argentinalı oyunçunun dediklərini belə çatdırıb.
“İnter Mayami" olaraq biz çempionluğu qazanmaq istəyirik. Bu, bizim məqsədimiz, missiyamızdır. Qazanmaq, təkmilləşdirmək və keyfiyyətimizi göstərmək istəyirik. Komandaya qoşulan yeni oyunçularla böyük harmoniya əldə etdik”.
Argentinalı futbolçu "İnter Mayami" ilə çempionluqlar qazanmaq istədiyini bildirib
Bildiyiniz kimi, Lionel Messi səkkiz dəfə “Qızıl top”un sahibidir. Argentinalı futbolçunun "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.