- Offside
- 20:16 01.03.2025
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (IFAB) oyunun qaydalarını dəyişərək “səkkiz saniyə qaydası”nı tətbiq edib.
90deqiqe.Az xəbər verir ki, müvafiq olaraq, əgər qapıçı topu səkkiz saniyədən çox saxlayırsa, rəqib komanda künc zərbəsi təyin edir. Bu barədə İFAB-ın rəsmi saytında bildirilir.
Bu yenilik 2025/2026 mövsümündən qüvvəyə minəcək. Vurğulanır ki, bu qaydanın sınaqdan keçirilməsi onun effektivliyini sübut edib və qapıçılar üçün vaxt itkisi hallarını minimuma endirməyə kömək edir.
Yeni qaydaya əsasən, hakim səkkiz saniyədən beş saniyəni vizual olaraq saymalı olacaq.