3 mart 2025. Bazar ertəsi

Azərbaycan atleti Qazaxıstanda beynəlxalq turnirdə uğurlu çıxış edib


  • Offside
  • 23:38 01.03.2025
  • Oxunma sayı: 47
Azərbaycan atleti Qazaxıstanda beynəlxalq turnirdə uğurlu çıxış edib

Azərbaycan atleti Lamiyə Vəliyeva Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

L.Vəliyevanın heyətində yer aldığı komanda 4x200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə 1-ci yeri tutub.

Bundan əlavə, milli üzvü 400 metr məsafəyə qaçışda 55.78 saniyə nəticə ilə Azərbaycan rekordunu yeniləyib.







Offside