3 mart 2025. Bazar ertəsi

AFFA-nın D kateqoriyalı məşqçi kursları start götürüb


  • Offside
  • 14:35 02.03.2025
  • Oxunma sayı: 44
AFFA-nın D kateqoriyalı məşqçi kursları start götürüb

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.

90deqiqe.Az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən kursa 20-dən çox şəxs cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.







Offside