- Offside
- 15:45 03.03.2025
"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano komandanın hücumçusu Luis Suaresin MLS-in adi mövsümdə "Dinamo Hyuston"la oyunundakı çıxışını dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, "ESPN" argentinalı mütəxəssisin dediklərini belə çatdırıb.
“Suaresin karyerasında etdiyi hər şeyə görə onu son on ilin ən yaxşı mərkəz hücumçularından biri adlandırmaq olar. Lui böyük komandalarda oynayıb və orada yaxşı çıxış edib. Təkcə "Barsa"da deyil, "Liverpul" və "Atletiko"da da.Onun kimi bir oyunçunu çalışdırmaq bir imtiyazdır"
Bu görüşdə uruqvaylı bir qol vurub və üç məhsuldar ötürmə edib.
Xatırladaq ki, səfər matçı "İnter Mayami"nin 4:1 hesablı böyükhesablı qələbəsi ilə başa çatıb.