- Offside
- 15:45 03.03.2025
"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano argentinalı Lionel Messinin MLS-in "Hyuston Dinamo" ilə normal mövsüm matçını buraxması haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, "ESPN" argentinalı mütəxəssisin dediklərini belə çatdırıb.
"Messi? Heç bir futbolçu onun bədənini onun qədər yaxşı bilmir. Altı gün ərzində üç döyüşdən sonra qərara gəldik ki, Lionelin istirahətə ehtiyacı var.Xüsusilə də bir neçə saat çəkən səfər zamanı”.
Xatırladaq ki, "İnter Mayami" səfərdə 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Messi Florida komandasının sıralarına 2023-cü ilin yayında qoşulub. Tərəflər arasında mövcud müqavilə bu ilin sonunda başa çatır.