- Offside
- 23:32 03.03.2025
Ümumdünya Boks Assosiasiyası (WBA) amerikalı boksçular Cervonta Davis (30-0-1, 28 KO) və Lamont Roaç (25-1-2, 12 KO) arasında revanş görüşünə çağırıb.
90deqiqe.Az xəbər verir ki, "The Ring" WBA prezidenti Qilberto Mendozanın dediklərini belə çatdırıb.
“Düşünürəm ki, heç kim revanşın təşkil olunacağına şübhə etmir. Nəhəng bir ulduz çıxır, amma boksun imicini korlamamalıyıq".
Xatırladaq ki, WBA yüngül çəki dərəcəsində (61,2 kq-a qədər) titulun sahibi olan Devis və Rouç ötən həftəsonu Bruklində (ABŞ) heç-heçə etmişdilər və buna boks ictimaiyyətinin bir çox nümayəndələri mənfi reaksiya vermişdi.