4 mart 2025. Çərşənbə axşamı

LeBron Ceyms 1000-ə çatdı


  • Offside
  • 15:45 03.03.2025
  • Oxunma sayı: 33
LeBron Ceyms 1000-ə çatdı

"Los Anceles Lakers"in kiçik hücumçusu və lideri LeBron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) adi mövsümündə 1000 qələbəlik həddinə çatıb.

90deqiqe.Az xəbər verir ki, bu, “Laykers”in 108:102 hesabı ilə qalib gəldiyi “Los Anceles Klippers”lə oyundan sonra baş verib.

Yalnız Tim Dunkan (1,001 qələbə), Robert Parish (1,014) və Kareem Abdul-Jabbar (1,074) LeBrondan daha çox müntəzəm mövsüm qalibiyyətinə sahibdirlər.

“Klippers”lə matçda LeBron 17 xal, 5 ribaund və 9 məhsuldar ötürmə edib. Ceymsin hazırda 40 yaşı var. “Leykers” növbəti oyununda “New Orleans Pelicans”la qarşılaşacaq. Oyun martın 5-də baş tutacaq və Bakı vaxtı ilə saat 07:30-da başlayacaq.







Offside

LeBron Ceyms 1000-ə çatdı
  • Offside
  • 15:45 03.03.2025
LeBron Ceyms 1000-ə çatdı