- Offside
- 17:01 14.05.2025
Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.
Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışına başlayıb.
Gürcüstan yığması ilə keçirilən hazırlıqda Azərbaycanın 22 boksçusu iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və millimiz ertəsi gün Bakıya qayıdacaq.