5 mart 2025. Çərşənbə

Azərbaycanın Dünya Kikboksinq Təşkilatları Assosiasiyası ilə əməkdaşlığı müzakirə olunub


  • Offside
  • 19:34 04.03.2025
  • Oxunma sayı: 37
Azərbaycanın Dünya Kikboksinq Təşkilatları Assosiasiyası ilə əməkdaşlığı müzakirə olunub

Gənclər və İdman Nazirliyində Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beykerlə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbov qonağa ölkəmizdə idman sahəsində qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı Azərbaycanda kikboksinq idman növünün inkişafı istiqamətində görülən işlər, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.







Offside