5 mart 2025. Çərşənbə

Azərbaycan çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub


  • Offside
  • 20:27 04.03.2025
  • Oxunma sayı: 35
Azərbaycan çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub

Sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə birinciliyi davam edir.

90deqiqe.Az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə sərbəst güləş üzrə 41, 48, 57, 68 və 85 kq-da qaliblər müəyyənləşib.

Hüseyn Rzazadə (41 kq), Tunar Sultanzadə (48 kq), Muraz Hüseynov (57 kq), Xəyal Şükürlü (68 kq) və Elgün Kərimov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da birincilikdə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə yarışa start veriləcək.







Offside