5 mart 2025. Çərşənbə

Dillian Ueyt Co Coysa qarşı mübarizədən geri çəkilib


  • Offside
  • 21:43 04.03.2025
  • Oxunma sayı: 39
Dillian Ueyt Co Coysa qarşı mübarizədən geri çəkilib

Keçmiş ağır çəkidə çempionluq uğrunda mübarizə aparan Dillian Uayt keçmiş WBO müvəqqəti dünya çempionu Co Coysa qarşı döyüşdən imtina edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "BoxingScene" xəbər verir.

Döyüş aprelin 5-də İngiltərənin Bornmut şəhərində baş tutmalı idi.

Bundan əvvəl bu döyüşə görə Co Coys martın 1-də həmyerlisi Patrik Kotla görüşməyi planlaşdırdığı Bornmutda (İngiltərə) boks gecəsində iştirakdan imtina etmişdi.

Xatırladaq ki, Coysun sonuncu döyüşü 2024-cü ilin iyulunda baş tutub və o, digər britaniyalı rinq veteranı Derek Çisoraya yekdilliklə məğlub olub.







Offside