6 mart 2025. Cümə axşamı

2025-ci il klublararası dünya çempionatının iştirakçılarının nə qədər alacağı məlum olub


  • Offside
  • 23:07 05.03.2025
  • Oxunma sayı: 44
2025-ci il klublararası dünya çempionatının iştirakçılarının nə qədər alacağı məlum olub

32 komandanın iştirak etdiyi Klublararası Dünya Çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

90deqiqe.Az "The Independent"ə istinadən xəbər verir ki, turnirdə təmsil olunan komandalar iştiraka görə 534,75 milyon avro alacaqlar. Daha 432,45 milyon avro nəticələrdən asılı olaraq klublara gedəcək.

Pul komandalar arasında bərabər deyil, daha çox təmsil etdikləri konfederasiya əsasında bölünəcək. Klublararası Dünya Çempionatının 790,5 milyon avroya başa gələcəyi gözlənilir, 139,5 milyon avro isə "həmrəylik ödənişləri" kimi turniri buraxan klublara gedir.

Xatırladaq ki, Klublararası Dünya Çempionatı ABŞ-da keçiriləcək. Turnirin ilk oyununda iyulun 15-də “İnter Mayami” Misirin “Əl Əhli” komandası ilə üz-üzə gələcək. Turnirdə səyahətə başlayacaq ilk Avropa komandası həmin gün Yeni Zelandiyadan olan "Oklend Siti" ilə qarşılaşacaq "Bavariya" olacaq.







Offside