6 mart 2025. Cümə axşamı

Dünya çempionatı: Azərbaycan minifutbol millisinin püşkatmadakı səbəti bəlli olub


  • Offside
  • 11:41 06.03.2025
  • Oxunma sayı: 37
Dünya çempionatı: Azərbaycan minifutbol millisinin püşkatmadakı səbəti bəlli olub

Bu il Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin vaxtı açıqlanıb.

Minifutbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, tədbir martın 12-də Azərbaycan paytaxtında təşkil olunacaq.

Püşkatma mərasimindən əvvəl komandaların yer alacağı səbətlər müəyyənləşib. Dünya çempionatında iştirak edən 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətə düşüb.

Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı daha sonra açıqlanacaq.







Offside