- Offside
- 16:12 06.03.2025
Azərbaycanın gənc boksçusu Banuçiçək Nəsirli (48 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, idmançı 1/4 final mərhələsində qazaxıstanlı Aiym Tankibayevlə üz-üzə gəlib.
Görüş Nəsirlinin qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.
Qeyd edək ki, Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.