- Offside
- 16:12 06.03.2025
Futzal üzrə Avropa çempionatının əsas mərhələsində Yunanıstan yığması ilə oyuna hazırlığı davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Azərbaycan Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb.
Hazırda toplanışda ikisi qapıçı olmaqla 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.
Qeyd edək ki, martın 11-də keçiriləcək Yunanıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.