9 mart 2025. Bazar günü

Ölkəmiz Niderland və Belçikada 22 taekvondoçu ilə təmsil olunacaq


  • Offside
  • 10:50 07.03.2025
  • Oxunma sayı: 43
Ölkəmiz Niderland və Belçikada 22 taekvondoçu ilə təmsil olunacaq

Azərbaycanı Niderlandın Eyndhoven və Belçikanın Lommel şəhərlərində keçiriləcək açıq çempionatlarda 22 taekvonçu təmsil edəcək.

Bu barədə 90deqiqe.Az-a Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançılar taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında mübarizə aparacaq.

Qeyd edək ki, Niderlanddakı 52-ci açıq turnir martın 8 və 9-da baş tutacaq. Belçikadakı yarış isə martın 15-də keçiriləcək.







Offside