9 mart 2025. Bazar günü

Daha bir boksçumuz yarımfinala yüksəlib


  • Offside
  • 10:51 07.03.2025
  • Oxunma sayı: 40
Daha bir boksçumuz yarımfinala yüksəlib

Azərbaycan millisinin daha bir gənc boksçusu Monteneqronun Budva şəhərində keçirilən dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib.

90deqiqe.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zidan Hümbətov (54 kq) ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib.

O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov yarımfinalda Ali Muratla (Qazaxıstan) üz-üzə gələcək. Görüş martın 8-də olacaq.

Boksçumuz yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, “Adriatik incisi”ndə daha 3 boksçumuz yarımfinalda mübarizə aparacaq. Banuçiçək Nəsirli (48 kq) Natalya Nieviadomska (Polşa) ilə, Özləm Həsənova (66 kq) Akbota Yessimbekova (Qazaxıstan) ilə, İlkanə Əhmədova (+81 kq) Sabina Jaksiliklə (Qazaxıstan) döyüşəcək.







Offside