- Offside
- 23:55 16.05.2025
"Santos"un hücumçusu Neymarın maraqlarını təmsil edən agent Pini Zahavi, braziliyalı futbolçunun xidmətlərini "Barselona" və "Bavariya"ya təklif edib.
90deqiqe.Az-ın məlumatına görə, "Sport.es" bu barədə xəbər yayıb. Mənbə bildirir ki, Neymar bütün turnirlərdə qalib gəlməyə qadir olan kluba keçmək istəyir. O, hücum futbolu oynayan və əvvəlki səviyyəsinə qayıtmasına kömək edəcək bir komanda arzusundadır. Eyni zamanda, braziliyalı futbolçu İngiltərə Premyer Liqasına keçmək variantını da istisna etmir.
Neymarın "Barselona"ya keçməyə üstünlük verdiyi qeyd edilsə də, nə Kataloniya klubu, nə də "Bavariya" 33 yaşlı oyunçuya ciddi maraq göstərmir.
Pini Zahavi, həmçinin "Blaugrana"nın prezidenti Joan Laporta ilə yaxşı münasibətlərə malikdir.