9 mart 2025. Bazar günü

Ronaldo 30 yaşına qədər və sonra eyni sayda qol vurub


  • Offside
  • 15:51 08.03.2025
  • Oxunma sayı: 58
Ronaldo 30 yaşına qədər və sonra eyni sayda qol vurub

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasında növbəti unikal nailiyyətə imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Şəbab”la qarşılaşmada portuqaliyalı ulduz 926-cı qolunu vuraraq öz rekordunu yeniləyib.

Bu qol Ronaldo üçün xüsusi əhəmiyyət daşıyır. O, 30 yaşına qədər və sonra vurduğu qolların sayını bərabərləşdirib – hər iki dövrdə 463 qol.

Bununla belə, portuqaliyalı hücumçunun qolu komandasına qələbə qazandırmayıb – görüş 2:2 hesabı ilə başa çatıb. “Əl-Nəsr” son altı oyunda yalnız bir dəfə qalib gəlib.

Cari mövsümdə Ronaldo bütün klub turnirlərində 31 matçda 26 qol vurub və dörd məhsuldar ötürmə edib. Onun “Əl-Nəsr”lə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır.







Offside