- Offside
- 15:00 09.03.2025
PSJ ötən mövsüm Avropada futbolçulara maaş xərcləri baxımından lider olub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) məlumat yayıb.
Fransız klubu oyunçuların maaşına 658 milyon avro ayırıb.
İkinci yerdə “Mançester Siti” (554 milyon avro) qərarlaşıb. İlk üçlüyü Madrid “Real”ı (505 milyon avro) tamamlayır.
2023/2024 mövsümündə maaş xərclərinə görə ilk 10 Avropa klubu:
1. PSJ – 658 milyon avro;
2. "Mançester Siti" – 554 milyon avro;
3. "Real Madrid" – 505 milyon avro;
4. "Barselona" – 476 milyon avro;
5. "Liverpul" – 449 milyon avro;
6. "Bavariya" – 430 milyon avro
7. “Mançester Yunayted” – 429 milyon avro;
8. “Çelsi” – 395 milyon avro;
9. "Arsenal" – 381 milyon avro;
10. "Aston Villa" – 292 milyon avro.
Qeyd edək ki, bu reytinqə İngiltərə çempionatından altı, La Liqadan iki, Bundesliqa və Liqa 1-dən isə bir klub yer alıb.