9 mart 2025. Bazar günü

Stolüstü tennis üzrə respublika turnirinə yekun vurulub


  • Offside
  • 19:51 08.03.2025
  • Oxunma sayı: 47
Stolüstü tennis üzrə respublika turnirinə yekun vurulub

Stolüstu tennis üzrə respublika turnirinə yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarış Sumqayıtda keçirilib. Yarışda Sumqayıt idmançılari ilə yanaşı, Bakı, Şəki, Salyan, Şirvan və Şabrandan 80-ə yaxın stolüstü tennisçi iştirak edib. 2014-cü il və aşağı təvəllüdlü idmançıların qatıldığı turnirdə oğlanlar arasında Əliəkbər Mirzəliyev qalib olub. Cəfər Almədədli 2-ci, Həsrət Kamilov 3-cü yeri tutublar.

Qızların mübarizəsi Banu İmanverdizadənin qələbəsi ilə başa çatıb. Nailə Nəzirova ilə Mehri Aslanzadə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Fərqlənən idmançilara Azərbaycan Stolüstu Tennis Federasiyasının hədiyyələri təqdim olunub.







Offside