- Offside
- 15:00 09.03.2025
Keçmiş UFC çempionu (57 kq) amerikalı Demetrius Conson həmyerlisi Castin Qeyci ilə azərbaycanlı Rafael Fiziyev arasında baş tutacaq döyüş haqqında danışıb.
90deqiqe.Az xəbər verir ki, "Boxing News" 38 yaşlı döyüşçünün sözlərini belə çatdırıb:
"Mənə elə gəlir ki, Rafael Fiziev favoritdir, çünki o, karyerasının ən yaxşı formasındadır və Qeycinin çənəsinin möhkəmliyini yoxlaya bilər. Hollovayın Castinə etdiklərindən sonra onun başqa bir güclü zərbəyə necə reaksiya verəcəyindən əmin deyiləm.
Digər tərəfdən, səkkiz həftəlik hazırlıq keçən Qeycini də favorit hesab etmək olar. Yenə də onu qalib kimi görürəm, çünki o, daha çox məşq edib, Rafael isə qısa müddətdə döyüşə çıxır"
Qeyd edək ki, bu qarşılaşma martın 9-da Las-Veqasda UFC 313 turnirində keçiriləcək.